Dolların ucuzlaşmasının davam edəcəyi proqnozlaşdırılır
Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bank (FED) sədrinin gözlənilənlərin tam əksinə bir açıqlama etməsi, dollar, avro və funt kimi aparıcı valyutalarda yüksək volatilliyə səbəb olub. Bu, bazar iştirakçılarının FED qərarının dəyərləndirilməsində əmin olmadıqlarını göstərir.
Amerika iqtisadiyyatının Korona böhranı fonunda böyük zərər görməsi, FED-in yumşaq monetar siyasətində yenidən baxmasına səbəb olub. Açıqlanan yeni strategiyada isə daha yüksək inflyasiyanın qarşısının alınmayacağı ilə yanaşı, illik inflyasiya hədəfi də 2-2.5% olaraq qalır. Fikrimizcə, bu, yumşaq monetar siyasətin daha intensiv hal alacağı gözləntilərini qismən azaldıb. Bununla yanaşı, inflyasiyanın hədəfi keçdiyi vaxtlarda belə siyasətə davam ediləcəyi və pul-kredit siyasəti alətlərindən daha geniş perspektivdə istifadə olunacağı gözləntiləri zəifləsə də aktualdır və yumşaq monetar siyasət intensivləşəcəkdir. Bu, FED-in Korona böhranı ərzində iqtisadiyyatın likvidliklə təmin edilməsi funksiyasını da hökümətlə müqayisədə tam üzərinə götürməsinə səbəb olur.
Beləliklə, dollar indeksinin cari səviyyələrdəki qiyməti FED-in inflyasiya hədəfinin tam aradan qaldırılmasını nəzərə aldığı üçün Jerom Poverlin açıqlamalarından sonra dollarda eniş dalğası fonunda korreksiyalar olub. Bundan sonraki ucuzlaşma fundamental göstəricilərin açıqlanmasından asılı olacaqdır. Bu baxımından 3 və 4-cü rüblərə dair fundamental göstəricilərin önəmliyi daha da artmaqdadır.
Texniki təhlillərə əsasən, foreks bazarlarında dolların ucuzlaşması dinamikası zəifləsə də dəyər itirməkdə davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
12 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























