Endirimli IBA Miles kartları ilə pulsuz səyahət et!
(®️) Müştərilərin bank xidmət və məhsullarından onlayn şəkildə istifadə təcrübəsini inkişaf etdirmək üçün müxtəlif həllər düşünən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə yeni kampaniya elan edib. Bankın bazara yenicə təqdim olunmuş IBA Miles kartlarını kampaniya müddətində onlayn sifariş verən müştərilər bu kartları 30% endirimlə alacaqlar. Kampaniya sentyabrın 14-dək davam edəcək. IBA Miles kartlarını buradan onlayn sifariş vermək olar.
IBA Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. IBA Miles kartları müştəriyə hər ödənişdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş IBA Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. IBA Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər.
IBA Miles kartlarının şərtləri digər bankların eyni məhsullarından daha sərfəlidir. Kartdan istifadə müddəti 3 ildir. Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. “QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
- 30 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı



















