Azərbaycan əhalisi toyuq əti istehlakını artırıb
Azərbaycan əhalisi quş əti istehlakını artırıb.
Marja Dövlət Statistika Komitəsinin hazırladığı “Ərzaq balansları”na istinadən xəbər verir ki, son 5 ildə adambaşına quş əti istehlakı 4,3 kq artaraq 2019-cu ildə illik 15 kiloqrama çatıb. Bu dövrdə adambaşına mal əti istehlakı isə 1,8 kq artaraq illik 16,1 kiloqram təşkil edib.
Əgər 2014-cü ildə adambaşına illik mal əti və toyuq əti istehlakı arasında fərq 4,1 kq idisə, 2019-cu ildə 1,1 kiloqrama düşüb.
Son 5 ildə adambaşına bütün növ ət və ət məhsullarının istehlakı 7,4 kq artaraq 2019-cu ildə illik 40,8 kq təşkil edib.
Son 5 ildə adambaşına süd və süd məhsulları istehlakı demək olar ki dəyişməyib, illik 246,3 kq təşkil edib. Adambaşına illik yumurta istehlakı 13 ədəd artaraq 165 ədəd, balıq və balıq məhsulları istehlakı 0,4 kq artaraq 7,6 kq təşkil edib.
Ötən il Azərbaycanda 111 min 996 ton quş əti və ət məhsulları istehsal edilib, 38 min 990 ton da idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
24 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























