İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!
(®️) Ödəniş üzüklərindən daha çox müştərinin istifadə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bank bu məhsulun çeşidlərini artırıb. İndi “Payment Ring” ödəniş üzüklərini VISA Gold kartları ilə birgə də almaq mümkündür. Yeni məhsuldan istifadə üzrə xidmət haqqı 150 manatdır.
Qeyd edək ki, indiyə qədər müştərilərə yalnız 300 manatlıq VISA Platinum və 600 manatlıq VISA İnfinite kartlarına bağlı ödəniş üzükləri təklif edilirdi.
VISA Gold kartları ilə təqdim olunan ödəniş üzüyünün istifadə müddəti 4 ilədək, kartın istifadə müddəti isə 3 ildir. Kartı AZN, USD, EUR və GBP hesablarında açdırmaq olar.
Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi innovativ bankçılıq texnologiyalarındandır. Bankın bu ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.
Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya online sifariş edərək əldə etmək mümkündür. Bu imkandan faydalanmaq istəyən müştərilər Banka mümkün qədər tez müraciət etməlidirlər. Çünki “Payment Ring” ödəniş üzüklərinin sayı məhduddur.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
38 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb








.webp)










