"Türkiyənin münaqişədə iştirakına zərurət yoxdur"
İlham Əliyev: "Məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur".Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
Marja xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aparıcının Türkiyə ilə bağlı suallarına aşağıdakı şəkildə cavab verib:
Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək.
Prezident İlham Əliyev: Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir.
Prezident İlham Əliyev: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)

















