TuranBank Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırdı - MƏBLƏĞ
Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir.
Bu şanlı tariximizin yazıldığı bir vaxtda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür.
Azərbaycanda fəaliyyət göstərən ilk özəl banklardan olan TuranBank ASC də vətənpərvərlik və sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 (bir yüz min) manat vəsait köçürmüşdür.
Qarabağımızın incisi Şuşada Azərbaycan bayrağının sancılacağı günün yaxında olduğuna inanırıq.
Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 51 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
1 saat əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
3 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
3 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib










.webp)






.jpg)






