NIKOIL | Bank reqbi üzrə beynəlxalq turnirə dəstək oldu
22-23 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş beynəlxalq yeniyetmələr arasında “Nikoil Cup” reqbi turniri keçirildi.
“NİKOYL” Bankın sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 8 komanda iştirak edirdi. Bunlar: «Qarabağ», «Tiqrı», «TİSA Titans» (Azərbaycan), «Tsikara», «Mimino», «Vefxvebi» (Gürcüstan), «Drakonı», «Medvedi» (Rusiya) komandalarıdır. «Qarabağ» reqbi klubu, Azərbaycan Reqbi Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatın sponsoru kimi çıxış etdilər.
Baş tutmuş görüş gənc reqbistlərin mübariz oyunu, dinamik oyun kombinasiyaları, dözümlü və baxımlı oyunu ilə tamaşaçıları sevindirdi. Turnirin qalibi Rusiyanın Penza şəhərinin «Drakonı» komandası oldu. İkinci yeri «Vefxvebi» (Gürcüstan), üçüncü yeri isə Gürcüstanın «Mimino» komandası tutdu.
Belə tədbirlərə maliyyə dəstəyinin edilməsi - Bankın sosial yönümlü siyasətinin ayrılmaz hissəsidir. Reqbi idman növünün təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni olmasına baxmayaraq, bu beynəlxalq turnirin keçirilməsi böyüməkdə olan nəslin fiziki inkişafa və ümumiyyətlə idmana marağını bir daha sübut edir.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















