"18 oktyabrda Qarabağla bağlı müjdə olacaq?" - PREZİDENTDƏN AÇIQLAMA
“18 oktyabr doğrudan da tarixi bir gündür. Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik qazandı. Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır oldu, faciəvi keçdi. Biz müstəqilliyi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik, cəmi 2 il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda Azərbaycan daxilində gedən daxili çəkişmələr böyük böhrana, krizə səbəb oldu. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, stabillik təmin edildi. Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu”.
Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində “18 oktyabr önəmli bir gündür - Azərbaycanın Müstəqillik günüdür. Bu tarixdə Azərbaycan xalqı Sizdən bir müjdə gözləyir, inşallah. Qarabağla bağlı bir müjdəniz olacaqmı” sualına cavabında deyib.
Dövlət başçısı qeyd edib ki, ona görə də 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir: “Ancaq bu müddət ərzində, bu 17-18 gün ərzində mən heç zaman bizim ordu qarşısında hansısa tarixdə bunu alacaqsan, hansısa tarixdə bunu alacaqsan - belə vəzifə qoymamışam. Çünki müharibənin öz qaydaları var, öz qanunları var. Bizim üçün əsas məsələ ərazi bütövlüyümüzü bərpa etməkdir. Nə vaxt müjdə veriləcək - 18-dəmi, 17-dəmi, 19-damı - o qədər önəmli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni zamanda biz bəzi kəndlər haqqında məlumatı bu gün də verə bilərdik və bəlkə də olacaq. Ancaq ən önəmlisi strateji yüksəklikləri götürməkdir. Çünki bu yüksəklikləri biz götürərkən daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















