Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də özəl sektorun nümayəndələrinin iştirakı ilə Azərbaycanda Balıqçılıq və Balıq Məhsulları Sənayesi məhsullarına həsr edilmiş vebinar keçirilib.
Bu barədə FAO-nun Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Məlumatda deyilir ki, balıqçılıq və balıqçılıq sənayesində maraqlı tərəflərin nümayəndələrinin iştiakı ilə keçirilən vebinarda sektordakı imkanlar və problemlər və şəbəkələrin qurulmasına dair müzakirələr baş tutub.
Mərkəzi Asiyada Dayanıqlı Balıqçılıq və Balıq Məhsullarının İdarə edilməsinin (FISHCap) inkişafı layihəsi çərçivəsində təşkil olunan vebinarda iştirakçıkar bu sahədə əməkdaşlıq imkanlarını və Azərbaycanda bu sənayenin səmərəli idarə olunmasını müzakirə etdilər. Bütün iştirakçılar balıqçılıq sənayesində həm milli, həm də regiondaxili əməkdaşlıq və birgə fəaliyyətin sektorun inkişafı üçün ilkin şərt olduğu qənaətinə gəliblər.
FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak açılış nitqində balıqçılıq və balıq məhsulları yetişdirmə sənayesinin potensialına diqqəti yönəldib və ətraf mühitə təsirlərini nəzərə alaraq sənayenin düzgün idarə edilməsinin vacibliyini vurğuladı. M.Çakmak, balıqçılıq və balıq məhsullarının dünyanın ən sağlam qidalarından biri olduğunu, aclıq və qidalanmanın aradan qaldırılmasında xüsusi bir rol oynaya biləcəyini xatırlatdı. Özəl sektorla tərəfdaşlığın vacibliyini vurğulayan M.Çakmak, Azərbaycanın balıqçılıq və kənd təsərrüfatı sektorunda əhəmiyyətli bir irəliləyiş olduğunu dilə gətirib.
Vebinar FAO-nun Mərkəzi Asiya üzrə sub-regional kordinatoru və FAO-nun Türkiyədəki Nümayəndəsi Viorel Gutunun çıxışı ilə davam edib. O, balıqçılıq və su məhsulları sənayesinin vəziyyəti ilə bağlı brifinq seriyalarının iştirakçılara əməkdaşlıqlar qurmaq, məlumat və təcrübə mübadiləsi etmək, sahələrarası iş birliyini və maraqlı tərəflərin iştirakını gücləndirmək üçün münbit bir mühit yaratmasından məmnun olduğunu bildirib, effektiv balıqçılıq və balıq məhsulları idarəçiliyi üçün bunların lazımlı olduğunu əlavə edib.
Onun çıxışından sonra FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Proqramının Rəhbəri Raimund Jehle müzakirələrə qoşulub. O, sektorda beynəlxalq standartlara diqqət çəkib, standartlara uyğun gəlmədiyi üçün balıqçılıq və balıq məhsulları yetişdirmə sahəsindəki təhlükəsizlik problemlərinin davam etdiyini söyləyib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Balıqçılıq və Balıqçılıq Məhsulları üzrə baş direktor Mustafa Altuğ Atalay qısa məlumatda Türkiyənin balıqçılıq və balıq məhsulları sənayesindəki təcrübələrini bölgədəki həmkarları ilə bölüşməkdən məmnun olduğunu bildirib.
Tədbir Mehman Axundovun təqdimatı ilə davam edib. FAO-nun Azərbaycan ilə əməkdaşlığının vacibliyini qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəliflik üzrə Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov ölkədə balıq təsərrüfatlarının fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycanda bu məhsulların yetişdirilmə perspektivlərini izah edib.
O, eyni zamanda, Azərbaycanın balıqçılıq və balıq məhsulları yetişdirmə sektorundakı çətinliklərini təsvir edib və bu çətinliklərin öhdəsindən gəlmək üçün təkliflərini irəli sürüb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















