“Rabitəbank”dan müzəffər ordumuza növbəti dəstək
(®️) Torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə “Rabitəbank” ASC daha bir təşəbbüskar addım atıb.
Bununla əlaqədar gündəlik tələbatları özündə birləşdirən individual əsgər payları tədarük edilib. Əsgərlərin maddi texniki təminatının gücləndirilməsi məqsədilə qutularda ilkin tibbi yardım üçün ləvazimatlar, isti üst geyim və alt geyimi, həmçinin gigiyenik ehtiyaclar toplanılıb. Hazırlanmış əsgər payları Bank tərəfindən ön cəbhədə vuruşan hərbçilərə çatdırılıb.
Xatırladaq ki, “Rabitəbank” Qarabağ və ətraf bölgələrdə baş verən hadisələrdən ilk günlərdən kənarda qalmayaraq Silahlı Qüvvələrimizə dəstəyini göstərib. Bundan öncə Bank Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürmə edib. Müştərilərin də fonda məsafədən ianələrini asanlaşdırmaq üçün Rabitəbank Mobil tətbiqində onlayn dəstək funksiyası istifadəyə verilib. Həmçinin Bank, ABA-nın tövsiyəsinə dəstək olaraq cəbhədə şəhid olmuş və müharibədən zərər çəkmiş mülki müştərilərinin də kredit borcunu silmək və kredit tarixçəsini müsbət tutmaq kimi öhdəliyi icra edəcək. Ötən gün “Rabitəbank” həm də haqqında bütün sosial şəbəkələrdə qürurla danışılan topçu əsgər Vüsal Şahkərimovun təhsil xərclərini qarşılacağını açıqlayıb.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)







