"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"
"Azərbaycan Ordusunun erməni işğalından döyüşsüz azad etdiyi Ağdam rayonu tarixən aqrar rayon olub".
Bunu açıqlamasında tarixçi-alim Qasım Hacıyev deyib.
"Kənd Təsərrüfatı Nazirliyinə səmərəli təkliflər verilməlidir"
"Ağdam Qarabağın böyük rayonlarındandır və burada kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Rayonun ərazisinin bir hissəsi dağətəyi, bir hissəsi isə aran bölgəsidir və əkinçiliyə yararlıdır. Burada münbit, qara torpaqlar var ki, bu da aqrar sektorun inkişafını müxtəlif istiqamətlərdə təmin edə bilən amillərdəndir. SSRİ dövründə Ağdamda üzümçülük, pambıqçılıq , bağçılıq, bostançılıq geniş yayılmışdı. Özü də bu rayonda məhsuldarlıq yüksək olurdu, bu baxımdan bir çox rayonları üstələyirdi. Eyni zamanda burada əkinə yararlı torpaqlar çox olduğuna görə kənd təsərrüfatı planları vaxtında yerinə yetirilirdi. Bildiyiniz kimi, o vaxtlar planlı iqtisadiyyat idi və bəzi rayonlarda təbii şəraitə uyğun olmayan təsərrüfatlar yaradılmışdı. Bu isə bəzən narazılıq yaradırdı. İndi sərbəst təsərrüfat dövrüdür. Ağdamın inkişaf yollarını o torpağın xarekterini bilən, orada doğulub-yaşamış, böyümüş insanlarla birlikdə müəyyən etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyinə səmərəli təkliflər verilməlidir", - o qeyd edib.
"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"
"Ağdam rayonu SSRİ dövründə taxıl istehsalı üzrə ilk 3-lükdə qərarlaşmışdı. Buranın torpağı dənli bitkilərin becərilməsi üçün xüsusilə münbitdir".
Bunu isə açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.
"Taxılçılıqla yanaşı, Ağdamda şərabçılığı da inkişaf etdirmək olar. Bu rayonun çaxırı o vaxt bütün ittifaqda, o cümlədən Rusiyada çox məşhur idi və onun şöhrətini özünə qaytarmaq lazımdır. Bunu edə bilsək ixrac potensialımızı artıra bilərik. Şərab elə bir məhsuldur ki, dünyada ona bazar tapmaq çətin deyil. Çində belə biz Ağdam çaxırı sata bilərik. Torpağın münbitliyi üzümçülük üçün əlverişlidir. Ağdamda bu sahənin inkişafına nail ola bilərik", - o qeyd edib.
"Yəqin ki, Ağdamın ərazisi minalardan tam təmizləndikdən sonra burada ilk öncə infrastruktur layihələri həyata keçiriləcək, daha sonra konret müəssilərə işə düşəcək,məqsədyönlü iş aparılacaq. Ağdamın potensialı yüksəkdir və bu rayon həm ÜDM-in artırılmasına, həm də ixracın artımına fayda verə bilər. Sadəcə olaraq Ağdamın potensialının düzgün dəyərləndirilməsi vacibdir", - E.Sadıqov əlavə edib.
"Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























