Neft ABŞ-dan gələn xəbər ilə 56 dollara yaxınlaşdı
Neft, özəl sektorun açıqladığı ABŞ neft ehtiyatları göstəricisinin ötən həftə azalma olduğunu və ümumi ehtiyatların da azaldığını göstərməsinin ardından bahalaşır.
Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, neft ehtiyatları ötən həftə 4.15 milyon barrel azalıb.
Çərşənbə günü Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı rəsmi neft ehtiyat göstəricisinin də 2.5 milyon barrel azalma göstərməsi gözlənilir. Bununla bərabər, Liviya ən böyük neft yataqlarından ikisini yenidən açıb və ən böyük ixracat terminalından son iki ildə ilk dəfə xam neft karqosunu yükləməyə hazırlaşır.
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 31 sent yüksələrək bareli 53.61 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 28 sent və ya 0.5 faiz yüksələrək bareli 55.63 dollara qədər çıxıb.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 30 Noyabrda səkkiz il sonra ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəlməsindən bu yana neftin qiyməti 50 dolların üzərində qalır. Aralarında Rusiya və Azərbaycanın da olduğu bəzi OPEC-ə daxil olmayan stehsalçılar da istehsalı azaldacaqlarını bildiriblər. EIA-nın həftəlik məlumatları toplamağa başladığı 1982-ci ildən bu yana ən yüksək səviyyələrində olan ABŞ neft ehtiyatlarının beşinci həftə azalması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























