Neft koronavirus peyvəndi ilə bahalaşır
Yeni növ koronavirus (Covid-19) peyvəndi ilə əlaqədar irəliləyişlər yenidən sərmayəçiləri neft sektoruna cəlb edir. Bu barədə məlumatların təsiri ilə neft qiymətləri yüksəlməkdədir.
Marja xəbər verir ki, Brent neftin qiyməti, keçən həftə Mart ayından bu yana ilk dəfə 50 dolları aşdı. Sonra bir qədər düşən qiymət bu gün yenidən 50 dolları keçib və Bakı vaxtı ilə saat 07:45-də 50,16 dollar olub.
Neftin qiyməti hələ tam normallaşmayıb, ancaq müsbət siqnallar sürətlə artır. Bu il kiçik bərələrdən nəhəng super tankerlərə qədər hər şeydə yığılan böyük miqdardakı yanacaq bolluğu gedərək tükənir.
Peyvəndləmənin başlaması ilə gələn il dünyada səyahətlərin sürətlə artacağı gözlənilir və bu səbəbdən xam neft bahalaşır.
"Energy Aspects Ltd"nin qurucu ortağı Amrita Sen "Bloomberg News"a bildirib: "Peyvəndlər yavaş-yavaş yayılarkən, sərmayəçilərin neft sektoruna dönməyə başlamasını və qiymətlərin güclənməyə davam etməsini gözləyirik".
Dünyanın bəzi ölkələrində neftə tələb artır. Hindistanın ən böyük neftayırma zavodu keçən həftə tam gücü ilə işlədiyini açıqladı. Dünyanın ən böyük ikinci və dördüncü neft istehlakçıları olan Çin və Yaponiyada da benzin istehlakı Covid-19-dan əvvəlki səviyyələrə yaxınlaşıb.
Hökumətlər Birləşmiş Krallıq, İspaniya və Fransa kimi ölkələrdəki məhdudiyyətləri yumuşaldır, avropalı sürücüler yenidən yollara çıxırlar. Şirkətlərin mallara tələbi artdığından yükdaşıma da artır.
Tələb artarkən, Neft İxrac edən Ölkələr Təşkilatı və müttəfiqləri istehsalı sürətlə artırmır. Qrup, Yanvar ayında gündəlik 1,9 milyon barellik hasilat artımını ləğv etdi və bunun yerinə 0,5 milyon barellik artıma qərar verdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
23 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
23 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
39 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)






.jpg)










