Nazirlik daha 50 avtomobili bölüşdürdü
Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 7050-dən çox avtomobil verilibBu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.
A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 2 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank-dan sahibkarlar üçün 3 ay komissiyasız və limitsiz biznes ödənişləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım







.jpg)






.jpg)







