SOCAR maaşların gecikməsinin səbəbini açıqladı
“Bahar Enerji” Əməliyyat Şirkətinin işçiləri aylardır yığılıb qalan əmək haqlarını ala bilmədiklərindən şikayətçidirlər. Oktyabr ayında maaşlarının bir hissəsinin ödəndiyini deyən əməkdaşlar noyabr və dekabr aylarının məvaciblərinin hələ də gecikdiyini deyirlər. Neftçilər əməkhaqqı tələbi ilə şirkətin binası qarşısına toplaşaraq etiraz ediblər.
Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovla əlaqə saxlanıb. O, “Bahar Enerji” Əməliyyat Şirkətində işçilərin maaşlarının gecikməsi faktını təsdiqləyib. Bildirib ki, ötən ilə qədər Dövlət Neft Şirkəti qaz hasilatçılarından qazı alıb qaz paylayıcılara ötürüb. Həmin hasilatçı şirkətlərdən biri də “Bahar Enerji” Əməliyyat Şirkətidir:
“Abonentlərdən SOCAR-a kommunal ödəniş gəlirdi və hökumətin nəzarəti altında olan bu hesabdan biz “Bahar Enerji” Əməliyyat Şirkətinə pul ödəyirdik. Burada söhbət əsasən "Azərenerji"nin ödənişlərindən gedir. Çünki "Azəriqaz"ın ödənişləri birbaşa gəlirdi, amma "Azərenerji"nin ödənişləri həmin hesab vasitəsilə gəlirdi. Burada ləngimə yaranmışdı. Kommunal hesabdan bizə köçürmə məsələsində bu ləngiməyə görə SOCAR da pulu “Bahar Enerji” Əməliyyat Şirkətinə köçürə bilmirdi və buna görə işçilərin pulunu ödəyə bilmirdilər. Bununla bağlı müzakirələrimiz, müraciətlərimiz olub və ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq və komunal hesaba pul köçürüləcək. Ola bilər ki, bu günlərdə, bu saatlarda köçürülsün”.
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 31 d. əvvəl
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)









.jpg)







