DESFA-nın SOCAR-a satılmayacağı dəqiqləşib
Yunanıstan hökumətinin kreditorlarla imzaladığı çərçivə sazişi qaz bazarının liberallaşdırılmasını və DESFA (Yunanıstanın qaz-nəqliyyat sisteminin operatoru - red.) şirkətinin səhmlərinin 66%-nin yalnız Avropa şirkətinə satışını nəzərdə tutur.
RİA "Novosti" agentliyi xəbər verir ki, bu barədə Yunanıstanın Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.
Kreditorlarla imzalanan çərçivə sazişi sentyabr ayınadək qaz bazarının liberallaşdırılmasına dair "yol xəritəsi"nin hazırlanmasını da nəzərdə tutur. "Qəbul olunan qərara əsasən, DESFA-nın 66%-nin ("Hellenic Petroleum" dövlət şirkətinə məxsus 35%, Dövlət Əmlakının İdarə olunması üzrə Fonda məxsus 31% satılacaq - red.) özəlləşdirilməsi planlaşdırılır. Saziş iki şərti özündə ehtiva edir. Birincisi, potensial investor yalnız Avropa şirkəti olmalı və yaxud üçüncü ölkələrin də daxil olduğu konsorsiumun iştirakçısı olmalıdır. İkincisi, özəlləşdirmədən sonra DESFA tam özəl bölgü modelinə əsaslanaraq fəaliyyət göstərməlidir", - deyə qurumun yaydığı məlumatda vurğulanıb.
Artıq HRADF özəlləşdirmə prosesi ilə bağlı məsləhətçinin seçiminə başlayıb. Prosesin ilin sonunadək başa çatması gözlənilir.
Qeyd edək ki, 2013-cü ilin iyun ayında DESFA-nın özəlləşdirilməsi ilə bağlı ilk tender keçirilib. Tenderin qalibi SOCAR elan olunub. Belə ki, SOCAR DESFA-nın səhmlərinin 66%-i üçün 400 mln. avro təklif edib. Lakin 2016-cı ilin noyabrında Avropa Komissiyası DESFA-nın nəzarət səhm paketinin SOCAR-a satılmasına razılıq verməyib. Qurum SOCAR-a payını 49%-dək azaltmağı təklif edib. Lakin rəsmi Afina səhm paketi üçün təklif olunan məbləği azaltmağa razı olmayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)







.jpg)






