"Bank of Baku"nun departament direktoru dərslik hazırlayıb
Ölkədə ilk dəfə olaraq “Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı dərslik və onun tədris proqramı işıq üzü gördüAzərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Tağıyev Xəyaləddin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun proqramı hazırlanmışdır.
Dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqaməti üzrə prioritet hədəflərin icrası çərçivəsində ABA, “Visa Inc.” beynəlxalq kart təşkilatı, “Zolotoya Korona” ödəniş sistemi və rəqəmsal ödəniş ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilmişdir.
Kitabda rəqəmsal ödənişlər, ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllər, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları açıqlanmışdır. Dərslikdə, həmçinin müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, “hörümçək toru” prinsipi və onun şərhi verilmişdir.
Ölkəmizdə bu sahədə ilk dəfə nəşr olunan bu kitab cəmiyyətimizdə rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri üzrə maliyyə savadlılığının yüksəldilməsi, ödəniş ekosistemində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Kitabı aşağıdakı elektron poçt ünvanından sifariş edə bilərsiniz:
https://shop.az/293698-kitab-reqemsal-odenisler-ve-elektron-bankciliq-xidmetleri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







.jpg)
