Azərbaycanda qoyun və keçilərin sayı azalıb
2020-ci ildə Azərbaycanda diri çəkidə ət istehsalı 2019-cu illə müqayisədə 3,1% artaraq 591,1 min ton, süd istehsalı 1,9% artaraq 2 milyon 192,5 min ton, yumurta istehsalı isə 4,3% artaraq 1 milyard 906,2 milyon ədəd təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunub ki, ötən il hər inək və camışdan orta hesabla 1 687 kq (2019-cu ildə 1 653 kq) süd sağılıb.
İlkin məlumatlara görə 2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 156,9 min baş qoyun və keçi, 2 milyon 647,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 280,2 min baş inək və camış mövcud olub. 2020-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 32,3 min baş azalıb, iribuynuzlu mal-qaranın sayı 1,3 min baş, inək və camışların sayı 2 min baş və donuzların sayı 344 baş artıb. İribuynuzlu mal-qaranın 48,3%-ni inək və camışlar təşkil edir.
Ötən il quşçuluq müəssisələrində diri çəkidə 63,9 min ton quş əti və 797,8 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, bu müəssisələr üzrə cəmi quşların sayı 11 milyon 671,3 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 220 ədəd yumurta alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








