"Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır"
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdiBaş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.
Baş nazir Əli Əsədov gündəlikdə duran məsələlər - ötən ilin yekunları, makroiqtisadi göstəricilər, islahatların gedişi, qeyri-neft sektorundakı vəziyyət, pandemiyanın yaratdığı problemlər və onların aradan qaldırılması haqda çıxış edib.
Müşavirədə Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, ƏƏSMN Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev məruzə ediblər.
Yekun çıxışında Baş nazir Əli Əsədov qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır və bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcəkdir.
Baş nazir Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri səsləndirib:
- İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınmalıdır;
- Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanmasına başlanılmalıdır;
- Nəzərdə tutulmuş beynəlxalq hava limanlarının, yeni dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcəkdir və o cümlədən məşğulluq məsələlərinə də xidmət edəcək;
- İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir;
- Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır;
- Ölkə səviyyəsində su ehtiyatları ilə bağlı problemləri həll etməklə yanaşı, işğaldan azad edilmiş torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılmalıdır;
- Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçirilməlidir;
- İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir;
- Keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır. Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir;
- Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməlidir;
- Mərkəzi icra hakimiyyəti orqanlarının Hökumətə təqdim etdiyi təkliflərin hər birində antikorrupsiya mexanizmləri və elementləri nəzərdə tutulmalı, sui-istifadə hallarına qətiyyən yol verilməməlidir;
- Cari ildə iqtisadi artımın bərpa edilməsinə nail olmalıyıq;
- İnflyasiya meyllərinin qarşısı alınmalıdır;
- Valyuta ehtiyatları səmərəli idarə edilməlidir;
- Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir;
- Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir;
- Dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir.
- Özəl sektoru investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb etməliyik;
- Dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilməlidir;
- Prioritet sahələrə özəl investisiyaların cəlb edilməsi stimullaşdırılmalıdır;
- Dövlət investisiya layihələrinin səmərəliliyi təhlil edilməlidir;
- Antiinhisar siyasəti gücləndirilməli, haqsız rəqabətə, xüsusilə də istehlak bazarında süni qiymət artımına yol verilməməlidir;
- Kiçik və orta sahibkarlığa dəstək proqramı davam etdirilməlidir;
- İxrac imkanlarımız genişləndirilməlidir;
- Keçən il start verilmiş lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il 2 mərhələdə həyata keçirilməlidir;
- Post-pandemiya dövrünə ciddi hazırlıq işləri görülməli, orta və uzunmüddətli hədəflərimizi bir daha dəqiqləşdirməliyik. Artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğu üçün mədəniyyət nazirliyinə müvafiq Fəaliyyət Planı hazırlanması tapşırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























