"Sabah neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyi necə olacaq?"
Tanınmış iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, digər iri neft şirkələri kimi SOCAR da bərpaolunan enerji sahəsində fəaliyyətə başlamalı və bu sahədən gəlirlərini artırmalıdır.
Marja xəbər verir ki, iqtisadçı-ekspert yaxın gələcəkdə neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyinin yaxşı olmayacağına işarə edib:
"Mənə maraqlıdır ki, SOCAR yaxın 20 ili necə görür? Bərpaolunan enerjinin payını artması fonunda hansı qabaqlayıcı addımları atır? bp kimi iri neft şirkəti profilini dəyişərək yaşıl enerjiyə konsentrasiya olub. Bəs SOCAR hansı addımı atıb? Son illər SOCAR-ın əsas fəaliyyəti neft emalı zavodunun tikintisinə, qazlaşdırma fəaliyyətinə, yanacaqdoldurma məntəqələrini tikintisinə yönəlib. Ən yaxşı halda Azərbaycanda qeyri-neft sektoruna daxil olaraq ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilib. İsveçrədə yaratdığı və gəlirlərini 70%-dən çoxunu formalaşdırdığı SOCAR-Trading şirkət isə neft məhsulları satır. Sabah neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyi necə olacaq? Suallar çoxdur, onlara cavab tapmaq üçün bir vətəndaş kimi şirkətin strateji sənədini görməliyik".
"Mən də neçə ildir şirkətin saytını ələk-vələk edirəm amma hər hansı sənədə rast gəlməmişəm. Rast gəldiyim ancaq sənədin olması xəbəridir. Sənədi adı var, ancaq özü yoxdur. Və yaxud da ictimaiyyətə açıqlanmır. Niyə başqa ölkələrin, o cümlədən Rusiya, Qazaxıstan şirkətlərinin Strateji sənədlərini tapmaq olur, bp kimi transmilli şirkət bunu hətta dünyaya təqdim edir, ancaq SOCAR-da tapa bilmirik?",- Samir Əliyev əlavə edib.
Həmçinin oxu
SOCAR hökumətə yeni strategiyasını təqdim edibMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























