Gömrük daha az vergi və rüsumlar toplayıb
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 282 milyon 736,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 15,3%, dekabr ayı ilə müqayisədə isə 19,8% azdır.
DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin yanvarı ilə müqayisədə 8,6% azalaraq 77 milyon 124,7 min manat olub, dekabr ayı ilə müqayisədə isə bu göstərici 25,6% azalıb.
Həmçinin, ötən ay ərzində ƏDV üzrə daxilolmalar 2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 17,9% azalaraq 193 milyon 741,1 min manat (dekabr ayı ilə müqayisədə 15,9% az), aksizlər üzrə 5,9% azalaraq 9 milyon 107,1 min manat (dekabr ilə müqayisədə 40,8% az), yol vergisi üzrə daxilolmalar isə 26,4% azalaraq 2 milyon 763,6 min manat (dekabr ilə müqayisədə 16,6% az) təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























