Azercell müharibədə iştirak edən tələbələrə təqaüd ayırdı
23 tələbəsinə təqaüd verilməsi qərara alınıb10 ildən artıq müddətdir ki, “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində bir çox sahələr, həmçinin informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Bu il isə əvvəlki illərdən fərqli olaraq, 44 gün davam etmiş “Vətən Müharibəsi” zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin həmin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə təqaüd verilməsi qərara alınıb. Tələbələrin siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunub.
Təqaüd Proqramına seçilən tələbələr əsasən İT və Şəbəkə yönümlü ixtisaslar üzrə müxtəlif kurslarda təhsil alırlar. Təqaüdçülər sırasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Tələbələrə təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd veriləcək. Eyni zamanda hədiyyələr, Azercell Fakturasız xətt abunəçisi olan Təqaüd Proqramı tələbələrinə GencOl 9 tarifinə 30% endirim və dünyaca məşhur Busuu proqramına 6 aylıq abunəlik təqdim olunacaq.
Bəhs edilən layihə çərçivəsində 10.02.2021-ci il tarixində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və departament direktorlarının iştirakı ilə tələbələrlə onlayn görüş təşkil olunub. Həmin tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov da iştirak edib.
“Azercell Telekom” MMC-nin prezidenti əsgər tələbələrin timsalında Vətən müharibəsində iştirak edən bütün hərbçi və əsgərlərə zəfər sevincini yaşatdıqları üçün dərin təşəkkürünü bildirib, onları “Azercell Təqaüdçüsü” adını qazanmaqları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara daha da böyük zirvələri fəth etməyi arzu edib: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi altında məhz sizin kimi gənclərimiz bütün dünyaya ordumuzun gücünü, qüdrətini, xalqımızın qələbə əzmini nümayiş etdirməyi bacardı. Sizin vətənimizin azadlığı və bütövlüyü uğrunda sərgilədiyiniz misilsiz rəşadət və qəhrəmanlıq gələcək nəsillərə nümunə oldu. İnanıram ki, cəbhədə vətəndaş borcunuzu layiqincə yerinə yetirdiyiniz kimi, elmi potensialınızı daha da gücləndirib, gələcəkdə İKT sahəsində ölkəmizə öz peşəkarlığı ilə xidmət edəcək mütəxəssis olacaqsınız, ayırdığımız təqaüd sizə də dəstək olacaq”. Şirkətin prezidenti bu layihədə göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə də təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov də öz növbəsində Müzəffər Ordunun mübariz əsgərlərinə ən xoş arzularını çatdırıb, Azercell-in həyata keçirdiyi “Tələbə Təqaüdü” proqramını yüksək qiymətləndirib, bu təşəbbüsün tələbələrə maddi dəstəklə yanaşı, həm də mənəvi dəstəyin təzahürü olduğunu bildirib, şirkətin ölkənin ali ocaqları ilə olan sıx əməkdaşlığının davam etdiriləcəyinə və gücləndiriləcəyinə inamını ifadə edib.
Qeyd edək ki, Azercell-in “Tələbə Təqaüdü” proqramı 2009-cu ildən etibarən icra olunur. Bu müddət ərzində, “Tələbə Təqaüdü 2021” proqramının iştirakçılarının sayı daxil olmaqla Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə “Azercell” şirkətinin təqaüdçüsü seçilib. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Proqrama seçilən tələbələr təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsi üzrə biliklərini artırmaqla gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların mühüm bir hissəsi Azercell-də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
-
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycanda daha bir aqropark yaradılıb
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)

















