"Araz Supermarket"in soğanının yararsız olduğu aşkarlandı - TƏDBİR GÖRÜLDÜ
Ukraynadan idxal edilən 20 tondan çox soğanın istehlak üçün yararsız olduğu aşkarlanıb. Yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Marja-ya bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20.58 ton soğan məhsuluna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
"Araz" supermarketlər şəbəkəsinin sözçüsü Billurə Əmirova Marja-ya açıqlamasında bildirdi ki, idxal edilən məhsullar müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır:
"Agentliyin yaydığı xəbər müştərilərimizi çaşdırmasın deyə məsələyə aydınlıq gətiririk. Belə ki,bu ilin yanvar ayında tərəfimizdən Ukraynadan soğan idxal olunub. Bildiyiniz kimi ölkəyə idxal olunmuş məhsullar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır. O cümlədən, tərəfimizdən idxal olunmuş soğandan, satışa çıxarılmamışdan əvvəl, nümunələr götürülərək müayinə edilmiş və müayinələr nəticəsində məhsulda qara kiflilik aşkarlanmışdır. AQTA nümayəndələrinin iştirakı ilə "Araz" supermarketlər şəbəkəsi tərəfindən məhsul məhv edilmişdir. Xüsusi olaraq bildirmək istərdik ki, "Araz" supermarketlər şəbəkəsində satılan meyvə-tərəvəz əsasən yerli məhsuldur. Meyvə-tərəvəzi bazar qiymətinə təklif edən "Araz" marketlərin rəflərində yer alan məhsulların keyfiyyətinə xüsusilə diqqət olunur. Çünki bizim üçün müştəri məmnuniyyəti hər şeydən önəmlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















