İcbari həyat sığortası haqqını ödəməyən işəgötürənlərə xəbərdarlıq edilib
Bəzi işəgötürənlər icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmir.Son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcbari həyat sığortasının (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) əldə edilməməsinə görə cərimələnmə mexanizminə nəzarəti gücləndirməsi istənilən sahədə bu məhsula marağı artıran amil olmuşdur. Bu sığorta növü ilə işəgötürənlər özlərinin və işçilərinin həyatını sığortalayır, nəzərdə tutulan sığorta növü olmadıqda isə cərimələr tətbiq olunur.
Nazirlikdən verilən məlumata görə, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Bununla bağlı bağlanılmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlər müvafiq xəbərdarlıq alıblar. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Bu sığorta növü həm vacibdir, həm də bir sıra üstünlüyü var.
Vacibdir ona görə ki, adından da göründüyü kimi icbaridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Üstünlükləri isə işəgötürən kiçik sığorta haqqı ödəməklə işçilərini sığortalayır, işçinin başına bədbəxt hadisə nəticəsində bir iş gələrsə, sığorta şirkəti işçiyə və ailə üzvlərinə sığorta ödənişini edir. Əlavə olaraq işəgötürən isə kompensasiya ödəmək məsuliyyətindən azad olur.
Bir sözlə bu sığorta hər kəs üçün çox vacibdir.
Bu məhsul haqqında ətraflı məlumatı “PAŞA Həyat Sığorta” -ya (012) 942 zəng vuraraq əldə edə və ya rəsmi saytından (pasha-life.az) müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























