Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?
İqtisadçı-ekspert Samir Əliyev:
Bu gün ilin 24-cü depozit hərracı keçirilib.Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.
Mərkəzi Bankın asan pullarına diqqət son vaxtlar əməliyyətli dərəcədə artıb. Mart ayının ortalarından başlayaraq keçirilən 12 hərracın hamısında Mərkəzi Bankın depozit cəlbində tələb təklifi üstələyib. Bu gün isə tələb rekord həcmdə olub. Yəni ölkənin əmanət bazarının 7%-i səviyyəsində.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Hərraca marağın artmasının səbəbi nədir? Mərkəzi Bankda depozit yatırmaq niyə banklar üçün bu qədər cəlbedici olub? Axı kredit verməklə daha çox qazanc əldə etmək olar. Üstəlik də banklar manat əmanətlərini 14-15%-lə cəlb edirlər və həmin vəsaiti 12-14%-lə yerləşdirmək səmərəli olmamalıdır.
Əvvəla, manatın son vaxtlar sabitləşməsi və hətta müəyyən qədər bahalaşması bankların manata inamını qısamüddətli olsa da bərpa edə bilib. İkinci səbəb depozitlərin qısamüddətli olmasıdır. Depozitin müddəti əvvəllər 28 günlük olsa da sonralar 14-ə endirildi. Müddətin qısaldılması və manatın məzənnəsində qısa müddətdə ciddi dəyişikliyin olmayacağı qənaəti bankları depozit yatırmağa həvəsləndirib. Üçüncü səbəb riskin olmamasıdır. Kreditlərdən fərqli olaraq Mərkəzi Bankda yerləşdirilən depozitlərin geri qaytarılması təhlükəsi yoxdur. Nəhayət sonuncu səbəb böyük xərc tələb etməməsidir. Mərkəzi Bankda depozit yerləşdirmək üçün kredit verilişində olduğu kimi xərclərə (məsələn, əlavə işçi saxlanması) ehtiyac yoxdur.
Hərracda iştirak edən bankların adları təəssüf ki açıqlanmır. Məlum deyil ki, neçə bank hərracda depozit yerləşdirir. İstisna deyil ki, əsas iştirakçılar bir neçə bankdır. Mərkəzi Bank hərraclarda rəqabət mühitini təmin etmək üçün büdcə pullarına çıxışı olan bankların iştirakını məhdudlaşdırmalıdır. Çünki heç kim zəmanət verə bilməz ki, büdcə pulu həmin istiqamətə yönləndirilmir. Bir bank 14-16%-lə manat əldə edir, digər bank isə havayı. Birinci üçün indiki faiz dərəcəsi cəlbedici deyil, amma ikincinin büdcə pullarını (maaş, pensiya, sosial müavinət və s.) ləngitməklə əlavə qazanc əldə etməsinə imkan verir.
Mərkəzi Bankı bu addımı manata güvənlik verməyə, daha doğrusu banklardakı pulun valyuta bazarına üz tutmamasına hədəflənib. Nəticə var, manat sabitləşib. Amma bu addım müvəqqətidir. Mərkəzi Bank aşağı faizlə mərkəzləşdirilmiş kredit vermək əvəzinə banklardakı manat kütləsini geri yığır. Ölkə iqtisadiyyatı, o cümlədən sahibkarlar isə hazırda kreditsiz qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
37 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Ən çox oxunanlar
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib

















.jpg)








