87-ci "Azpetrol" açıldı
"Azpetrol" şirkəti Abşeron rayonunun Masazır qəsəbəsində özünün yeni yanacaqdoldurma məntəqəsini (YDM) açıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu, "Azpetrol"un sayca 87-ci YDM-dir.
Yeni məntəqənin açılışında Abşeron şəhər İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər.
Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı ulu öndər və ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır:
“Bildiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanda yeni iş yerlərinin yaradılmasını daim öz şəxsi nəzarəti altında saxlayır və bu prosesin sürətləndirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə göstərişlər verir. Ölkə başçısı eyni zamanda regionlarda yeni istehsalat və xidmət sahələrinin təşkili vasitəsilə dayanıqlı yeni iş yerlərinin yaradılmasının vacibliyini həmişə vurğulayır. Biz prezidentimizin qərar və göstərişlərini əsas tutaraq, bu gün Masazır qəsəbəsində şirkətimizin yeni, sayca 87-ci yanacaqdoldurma məntəqəsini böyük təntənə və iftixar hissi ilə istismara veririk. Onu xüsusi qeyd etmək istərdim ki, burada yeni məntəqənin istifadəyə verilməsi ilə 41 daimi iş yerinin açılması məsələsi həll olunur ki, bu da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir”.
O qeyd edib ki, bu gün Masazır sakinlərinin və buraya gəlib-gedən qonaqların istifadəsinə verilən yeni yanacaqdoldurma məntəqəsi orijinal və nəfis dizayna malikdir: “Bu cür obyektlər qonaqları yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkan yaradır. Bu, onu göstərir ki, indi Azərbaycanın bölgələri də ən müasir infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində obyektlər inşa olunur”.
"Azpetrol" şirkəti bundan sonra da Bakı şəhərində yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, şirkət bu il iyulun 15-də Qaradağ rayonunda daha bir YDM-ni açacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















