Qlobal bazarlar Draghiyə fokuslandı
Qlobal bazarlar, Avropa Mərkəzi Bankının sdəri (ECB) Mario Draghi-nin edəcəyi açıqlamalara gözləyir. Draghi Bakı vaxtı ilə saat 14:30-da çıxış edəcəkdir.
"Marja" xəbər verir ki, dünən ABŞ Mərkəzi Bankının (Fed) Boston şöbəsinin sədri Erik Rosengren ABŞ-dakı aşağı işsizlik nisbətinin, inflyasiyanı artıracağını və iqtisadiyyatın həddindən artıq qızmasına səbəb olacağını və bunun da Fed-in faizləri daha sürətli qaldırmasına səbəb ola biləcəyini demişdi.
Nyu-York birjası dünən qarışıq hərəkət edərkən, Dow Jones Sənaye İndeksi 0,17%, Standard & Poor's 500 İndeksi 0,10 faiz dəyər itirib. Nasdaq Texnoloji İndeksi isə 0,29 faiz artımla tarixindəki ən yüksək səviyyədən bağlanaraq yeni bir rekord qırıb.
Avropa tərəfində isə Fransada Prezident seçkisini Yürüş Hərəkatının Lideri Emmanuel Macronun qazanmasından sonra bazarlarda nikbin hava davam edir. Avropa birjaları dünən günü yüksəlişlə bağladı.
Böyük Britaniyada FTSE 100 indeksi 0,57 faiz, Almaniyada DAX 30 indeksi 0,43% və Fransada CAC 40 indeksi 0,28 faiz dəyər qazanaraq günü başa çatdırıb.
Analitiklər, bu gün ECB Sədri Mario Draghi-nin edəcəyi nitqin bazarların istiqaməti üzərində təsirli olacağını bildirərək, ABŞ-da ixrac-idxal qiymət indeksi və ABŞ Federal büdcə tarazlığı göstəricilərinin də izlənəcəyini qeyd edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
12 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul















.jpg)



.jpg)



