Dünyanın ən iri neft şirkətindən yeni rekord
Saudi Aramco səhm satışından 12,4 milyard dollar qazanıb.Səudiyyə Ərəbistanının enerji nəhəngi, dünya neft istehsalçıları siyahısında liderlik edən Saudi Aramco şirkəti ötən gün biznesinin bir hissəsini satıb.
Marja xəbər verir ki, 2019-cu ildən Riyad “Tədavül” birjasında listinq qeydiyyatından keçən şirkət yeni yaradılmış boru kəmərləri üzrə birgə müəssisəsinin - Aramco Oil Pipelines-ın 49 faizini ABŞ-ın EIG Global Energy Partners şirkətinin başçılıq etdiyi investorlar qrupuna dövr edib. Sövdələşmənin dəyəri 12,4 milyard dollar təşkil edir.
Saudi Aramco bu addımını əsas səhmdarı - Səudiyyə dövləti üçün yeni maliyyə vəsaitləri təmin etmək məqsədilə atdığını açıqlayıb. Bununla belə, şirkət öz aktivində olan boru kəmərləri şəbəkəsini yeni yaradılmış və 25 milyard dollardan artıq qiymətləndirilən Aramco Oil Pipelines-a icarəyə verəcək və 25 il müddətində krallığın neft kəmərləri vasitəsilə aparılan ixrac əməliyyatlarından tarif haqqı əldə edəcək.
Sövdələşmədə iştirak edən investorların siyahısı açıqlanmasa da, məlumatlı mənbələr ABŞ-ın ən iri özəl investisiya şirkətləri BlackRock və Brookfield Asset Management-in ilkin danışıqlardan sonra alqı-satqıdan imtina etdiyini bildirir.
Saudi Aramconun İdarə Heyətinin sədri və Şahzadə Məhəmməd bin Salmanın iqtisadi islahatlarını həyata keçirən əsas qurumun - İctimai İnvestisiya Fondunun rəhbəri Yasir əl Rumayyan krallığın əlavə aktivləri də pula çevirəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)

