“Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz”
“Ermənistanda çoxlu ideoloji doqmalar var və Türkofobiya artıq milli siyasət olub, onlar hətta reallıq hissini də itiriblər. Bildiyim qədərilə Türkiyə hökuməti çox konstruktiv yolla addımlar atmağı planlaşdırır, ancaq, əlbəttə, onlar adekvat cavab verməlidirlər. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər, Konstitusiyanı yenidən yazmalıdırlar, yeni Konstitusiya qəbul etməlidirlər. Mən onlara Türkiyəyə olan ərazi iddialarını Konstitusiyadan çıxarmaq üçün yaxşı məsləhət verə bilərəm. İnanmıram ki, hansısa ölkənin Konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiaları var. Düşünürəm ki, bu, çox qeyri-adi haldır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı ermənilərin qondarma “soyqırım”la əlaqəli saxta tarixlərinin gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirib: “Bu müharibə idi, insanların bir-biri ilə, ölkələr bir-biri ilə vuruşduğu bir vəziyyət idi, ancaq sonra barışıq oldu. O dövrdə Ermənistanın təkcə Osmanlı İmperiyası ilə deyil, digər qonşularla da çətinlikləri var idi. Türkiyə hökuməti bir neçə dəfə bu məsələyə obyektiv, qərəzsiz baxmaq üçün birgə tarixçi qrupların yaradılmasını açıq şəkildə təklif etdi. Lakin ermənilər etiraz etdi, çünki onların siyasi divident əldə etmək üçün bu saxta tarixə ehtiyacları var. Bildiyiniz kimi, bu gün biz əlaqələrin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını müzakirə edirik. Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Türkiyə üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun iştirakçısı deyil. Ancaq müzakirə etdiklərimiz məsələlərə dair Türkiyəyə tərəfimizdən məlumat verilir. Ermənistan əlaqələrlə bağlı çətinliklərə son qoymaq, tranzit ölkəyə çevrilmək istəyirsə, bunu yalnız Türkiyə təmin edə bilər. Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyim qədərilə Türkiyə hökuməti buna hazırdır. Top yenidən Ermənistan tərəfindədir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
10 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 14 d. əvvəl
-
-
29 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı



























