Buğda xəstəliklərinə qarşı yeni layihəyə start verildi
FAO-nun Mərkəzi Asiya və Qafqazda buğda xəstəliklərinin effektiv idarə olunmasını təşviq etdirilməsinə dair layihəsi (CAC-Rust) FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.Buğda dünyada ən çox yetişdirilən məhsuldur, Orta Asiya həmçinin Qafqaz da daxil olmaqla bir çox bölgədə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas məhsul olmaqla yanaşı bölgədəki başlıca məhsul hesab olunur. Əsasən kiçik fermer təsərrüfatlarında istehsal olunan buğda, insanların enerji və zülal ehtiyaclarının təxminən 60 faizini təmin edir. Bununla yanaşı, buğda xəstəlikləri məhsul və istehsalın davam etdirilməsini təhlükə altında saxlayır və bu da xəstəliyin davamlı şəkildə izlənilməsi, beynəlxalq əməkdaşlığı zərurətə çevirir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından Marja-aya daxil olmuş məlumatda bildirilir ki, bu məqsədlə, FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı, Mərkəzi Asiya və Qafqazda buğda xəstəliklərinin idarə edilməsi və mübarizəsi üçün regional əməkdaşlığı və milli potensialı gücləndirmək üçün yeni bir layihəyə başlayıb (CAC-Rust). 2024-cü ilə qədər davam edəcək layihə Orta Asiya və Qafqazdakı yeddi ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanı əhatə edəcək.
Bu gün keçirilən regional tədbirdə layihənin açılış mərasimi baş tutub. Virtual tədbir zamanı əsas təmsilçilər, iştirakçı ölkələrin rəsmiləri - regional əməkdaşlıq, milli nəzarət sistemi, növ analizi, inteqrasiya olunmuş xəstəliklərin idarə olunması və buğda xəstəliklərinin qarşısının alınması üzrə müzakirələr baş tutub.
Layihənin Türkiyənin İzmir şəhərində yerləşən Regional Taxıl Xəstəliklərinin Araşdırma Mərkəzi, Quru bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi və Beynəlxalq Buğda və Qarğıdalı Məhsullarının İnkişaf Etdirilməsi mərkəzi kimi milli qurumlar və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi gözlənilir.
Tədbirdə FAO və Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli mütəxəssisləri də iştirak etdi. FAO-nun siyasi məsələlər üzrə baş mütəxəssisi Sumiter Broca, buğdanın qida təhlükəsizliyi baxımından əhəmiyyətini, həm də biotik və abiotik stresslərə qarşı davamlılığını artırmağın vacibliyini bildirib Nazirliyin Avropa Birliyi və Xarici Əlaqələr şobəsinin baş direktor müavini Volkan Güngören, bölgədəki ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün regional əməkdaşlığın əhəmiyyətini və FAO-Türkiyə Tərəfdaşlıq Proqramı vasitəsilə Türkiyənin bu əməkdaşlığı gücləndirmək səylərini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







