Prezident İsraillə əlaqələrə dair suala belə cavab verdi
Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.
Marja xəbər verir ki, müzakirələr zamanı Prezident İlham Əliyevə “Cənab Prezident, Azərbaycanın İsrail Dövləti ilə münasibətləri haqqında nə deyə bilərsiniz, xüsusilə də hazırda yaşanan böhran fonunda?” sualı da verilib.
Prezident suala cavab olaraq bildirib:
"İsraillə əlaqələrimizə dair suala cavab olaraq bildirmək istəyirəm ki, münasibətlərimiz kifayət qədər çoxşaxəlidir. Biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionda ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər.
Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir. Sirr deyil ki, Azərbaycan İsrailin müdafiə xarakterli məhsullarına tam çıxışa malikdir. Biz artıq həmin sahədə yeni irəliləyiş mərhələsindəyik. Perspektivli sahələrdən biri kənd təsərrüfatıdır. Bilirsiniz ki, olduqca çətin iqlim şəraitində İsrail dünyada ən müasir kənd təsərrüfatı sahəsi yaratmağa müvəffəq olub. Bu, bizim üçün çox yaxşı nümunədir və biz həm azad olunmuş ərazilərdə, həm də ümumiyyətlə, ölkəmizdə bu texnologiyadan istifadə edə bilərik. Beləliklə, texnologiya bizim əməkdaşlığımızın mühüm amilidir. Bu, sizin sualınıza olan cavabımdır".
Prezident, "Yaxın Şərqdə və bir çox yerlərdə insanlar hesab edirlər ki, Qüdsdə yaranan vəziyyətə gəldikdə, beynəlxalq ictimaiyyət gərginliyin azaldılması və Qüdsün iki dövlətin bir paytaxt şəhəri olması üçün çalışmalıdır. Bu həll variantı irəli sürülməli, yəhudilər və fələstinlilər bundan yararlanmalıdırlar - bir şəhər iki dövlətin paytaxtı olsun. Bu barədə nə düşünürsünüz, cənab Prezident?" suala belə cavab verib:
"Cənab Musanın Yaxın Şərqdə son gərginliklərlə bağlı ikinci sualına gəlincə, bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik. Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq. Bəzi hallarda, bildiyiniz kimi, bu qətnamələr bir neçə günə icra olunur. Bizə gəldikdə isə onlar 27 il ərzində, ümumiyyətlə, icra olunmadı. Biz ərazi bütövlüyümüzü bərpa edərək onları özümüz icra etdik. Əlbəttə ki, biz həmişə mübahisələrin sülh yolu ilə həllini təşviq edirik. Əlbəttə, Yaxın Şərqdə gərginliyin azaldılması hesab edirəm, beynəlxalq birliyin marağındadır. Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur. İki dövlət əsasında həll, gərginliyin azaldılması, sülh danışıqları və həlli tapmaq üçün səmimi istək. Həlli tapmaq çətindir. Bizim vəziyyətdə də həlli tapmaq çətin idi. Lakin hesab edirəm ki, beynəlxalq birliyin və əlbəttə ki, supergüclərin birgə səyləri... Əlbəttə ki, Azərbaycan böyük ölkələr arasındakı münasibətlərə təsir göstərə bilən ölkə deyil, lakin Qoşulmama Hərəkatının sədri olaraq biz üzv ölkələrinin konsolidasiya olunmuş mövqeyini müdafiə edəcəyik. Baş Assambleyanın sammitində mən Qoşulmama Hərəkatının sədri olaraq çıxış etdim və mənim nitqim bütün üzv dövlətlərlə razılaşdırılmışdı. Odur ki, bu məsələdə yanaşma eyni olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 28 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















