Təhlükəli “Sab” və “Ovçu” sosiskaları zərərsizləşdirilib
Bakıda antisanitar şəraitdə saxlanılan, yararlılıq müddəti bitən, bakterioloji çirklənməyə məruz qalan, insan qidası üçün yararsız olan kolbasa məmulatları zərərsizləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, mayın 5-də alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib. Baxış zamanı havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə, ümumi çəkisi 100 kiloqram olan yararlılıq müddəti bitən kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkarlanıb. İlkin araşdırma zamanı qarajda yararlılıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və “Xlbmaya” kolbasaları, eləcə də “Sab” və “Ovçu” sosiska nümunələrinin olması müəyyən edilib.
Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa və sosiska məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən, yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq, kolbasa və sosiska məhsullarının zərərsizləşdirilməsinə qərar verilib.
Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən verilmiş qərara uyğun olaraq, bakterioloji çirklənməyə məruz qalan, ümumi çəkisi 100 kiloqram olan kolbasa və sosiska məhsulları baytarlıq mütəxəssislərinin nəzarəti altında Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ünvanında yerləşən baytarlıq-sanitariya ekspertiza laboratoriyasının krematoriyasında aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən vətəndaş Həsənov Fuad Alik oğlu Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 289.0.2. maddəsinə uyğun olaraq 200 manat məbləğində cərimə olunub.
Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







.jpg)
