“AccessBank”da yeni Baş və İcraçı direktor təyin olunub
Bu gündən “Access Bank” QSC-də əməliyyatlar üzrə yeni baş direktor fəaliyyətə başlayır.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Bu, "Access Bank"ın informasiya texnologiyaları üzrə keçmiş icraçı direktoru Zəhra Zeynalovadır. O, yeni vəzifəsində səlahiyyət müddəti başa çatmış Natia Beriyanı əvəz edəcək. Z.Zeynalova 14 ildir ki, “Access Bank”da fəaliyyət göstərir. O, bu illər ərzində Bankda sıravi əməkdaşdan rəhbər vəzifəsinə qədər yüksəlib.
"Access Bank"ın informasiya texnologiyaları (İT) üzrə yeni icraçı direktoru isə Dmitriy Kazanidir. O, həm də Bankın Kartlar və Biznesə Dəstək Departamentlərinə nəzarət edəcək. D.Kazani İT sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, “Access Bank”da fəaliyyətinə 2017-ci ildə İT üzrə mühəndisliyin optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən bu ilin may ayına qədər Bankın informasiya texnologiyaları şöbəsinin müdiri olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























