Tesla indi də Çindən yüzlərlə elektromobili geri çağırıb
Səbəb oturacaq kəməri və təkərlərdə texniki problemdir.Elektrikli avtomobil bazarının lideri Tesla şirkəti Çinə ixrac edilmiş 2019-cu il istehsallı Model 3 versiyada 700-dən artıq elektromobili geri çağırıb.
Marja Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, Tesla quruma təqdim etdiyi sənəddə geri çağrılmanın səbəbi kimi oturacaq kəmərlərində texniki nasazlıq və təkərlərdə texniki problemləri göstərib. Bu hallar toqquşma riskini və qəza baş verən zaman sərnişinlərin xəsarət alma ehtimalını artırır.
Şirkət geri çağrılan elektromobilləri öz hesabına pulsuz təftiş və təmir edəcək və işlər tamamlandıqdan sonra nəqliyyat vasitələrinin sahiblərini məlumatlandıracaq.
Xatırladaq ki, bu, artıq Tesla elektromobilləri ilə bağlı son aylarda dəfələrlə təkrarlanan haldır. Ötən gün Tesla əyləc sistemindəki problem səbəbindən ABŞ bazarından da 6000 nəqliyyat vasitəsini geri çağırıb. Daha öncə - fevral ayında isə ABŞ və Çində 160 mindən çox elektromobilin sensorlu ekranlarında problem yaranmışdı.
Dünən Teslanın səhmləri Nyu-York birjasında 3% ucuzlaşıb.
Həmçinin oxu
Tesla ABŞ-dan 6 min elektromobili geri çağırıb
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















