Azərbaycan və Ukrayna turizm sahəsinin bərpasını müzakirə edib
Azərbaycanla Ukrayna arasında turizm sahəsində ikitərəfli əlaqələrin genişlənməsi, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi və pandemiyanın turizmə təsirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Kiyev şəhər dövlət administrasiyasının sədr müavini Marina Xonda arasında keçirilən görüşdə müzakirə olunub.
Ukrayna nümayəndə heyətinin tərkibində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, Kiyev şəhər şurasının deputatları Viktoriya Muxa və Alla Şlapak təmsil olunublar.
Görüşdə Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən 44 günlük müharibə nəticəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən bəhs edərək Qarabağın yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi perspektivlərindən danışıb.
Xanım Marina Xonda Ukraynada son dövrlərdə qastroturizm, müalicəvi və sağlamlıq turizmi, eləcə də işgüzar turizmin inkişafına diqqət ayrıldığını, bu baxımdan iki ölkə arasında müştərək regional turların təşkil edilməsinin mümkünlüyünü qeyd edib.
Görüş çərçivəsində, həmçinin post pandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























