Rusiya polisindən kütləvi korrupsiya reydi - qızıl tualet, lüks avtomobillər, milyonlarla rubl rüşvət...
Bir polkovnik, 6 polis əməkdaşı həbs edilib.Rusiya hüquq-mühafizə orqanları polis sisteminin içindəki rüşvətxor şəbəkənin izinə düşərək, Şimali Qafqazda irimiqyaslı əməliyyat keçirib.
Marja Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Yol hərəkətinin təhlükəsizliyi Baş İdarəsinin Stavropol diyarı üzrə rəisi, polis polkovniki Aleksey Safonov və daha 6 polis əməkdaşı həbs edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Safonovun rəhbərlik etdiyi şəbəkə müxtəlif miqdarda 19 milyon rubldan (255 min dollardan) artıq miqdarda rüşvət alaraq, yük maşınları və sərnişin avtomobilləri üçün yoxlanış postlarından sərbəst keçməyə imkan verən çoxlu icazə kağızları verib.
Həbs olunan şəxslərin evlərində və 80-ə yaxın obyektdə aparılan axtarışlar nəticəsində çoxlu lüks avtomobillər, hətta villaların birində qızıldan tualet aşkarlanıb.
İstintaq davam edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 9 saat sonra
-
-
7 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
8 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
8 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























