Avropa Mərkəzi Bankı daha 620 milyard avro çap edəcək
ABŞ Mərkəzi Bankı (Fed) bazarları ucuz pulla təmin etmək proqramlarından çıxmağı müzakirə etməyə başlayarkən, Avropa Mərkəzi Bankı (ECB, AMB) dayanmağı düşünmür.
"ECB, keçmişdəki səhvlərdən dərs alıb və stimulu vaxtından əvvəl dayandırmayacaq", - AMB sədri Christine Lagarde (Kristin Laqard), cümə axşamı günü mətbuat konfransında bildirib.
Marja xəbər verir ki, Laqard, “Avro bölgəsi iqtisadiyyatı bərpa yoluna qayıdıb. Daha çox insan peyvənd olunur və əksər ölkələrdə məhdudiyyətlər yumşaldılıb. Eyni zamanda, pandemiya, xüsusilə də qeyri-müəyyənlik mənbəyi yaradan delta variantının yayılması ilə təhlükə yaratmağa davam edir” deyib.
Laqard, ECB-nin, ən azı 2022-ci ilin Mart ayının sonuna qədər 1,85 trilyon avroluq Pandemiya Təcili Satınalma Proqramını (PEPP) davam etdirəcəyini söyləyib.
22 iyul tarixindək tənzimləyici bu məbləğdən 1,23 trilyon avro istifadə edib və sistemə daha 620 milyard inyeksiya edə bilər.
Laqarda görə, inflyasiyanın sürətlənməsi "müvəqqəti" xarakter daşıyır və artan neft qiymətləri ilə əlaqələndirilir. Eyni zamanda, ECB inflyasiya siyasətini yenidən nəzərdən keçirib və qiymətlərin 2% hədəfinin üzərinə yüksəlməsinə icazə verib.
ECB 2022-ci ilin martından sonra da qiymətli kağız almağa davam edə bilər (pul emissiyası) və faizlərin artırılması, ehtimal ki, bu tarixə qədər təxirə salınacaq.
İqtisadçılar bildirirlər ki, pul emissiyasının davam etməsi Avro bölgəsi ölkələrinin büdcələrini dəstəkləyəcək, lakin ilin əvvəlindən bəri artıq 4% enən Avropa valyutasının məzənnəsinə təzyiq göstərə bilər.
2020-ci ilin əvvəlindən bəri, ECB-nin balansı dövlət və korporativ istiqrazların alınması yolu ilə 3.35 trilyon avro artıb və 7,95 trilyon avroya açtıb. Bu, 10 il əvvələ nisbətən 4 dəfə çoxdur.
ECB əsas faizi 0- 0,25% civarındadır. Depozit faizi isə mənfi 0,5%-dir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























