“Türkiyədəki yanğınlar bizə ibrət olmalıdır” - AQRAR SIĞORTA FONDU
Aqrar Sığorta Fondu kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən iş adamları və sahibkarlara müraciət edərək onları öz təsərrüfatlarını sığortalamağa və risklərdən qorumağa çağırıb.
Fonddan bildirilib ki, qonşu Türkiyədə baş verən yanğınlar təbiət hadisələri və digər zərərli halların hər an baş verə biləcəyini və bunun nəticəsində fermerlərin böyük zərərlərlə üzləşəcəyini göstərir.
Belə ki, Türkiyədə iyulun sonundan başlayan yanğınlar təbiətlə yanaşı, aqrar sektora da böyük zərər vurub. Fəlakət ərazilərində istixanalar, heyvandarlıq təsərüfatları, əkin sahələri, arı ailələri və sair kənd təsərrüfatı obyektləri məhv olub.
Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sisteminin (TARSİM) məlumatına görə, yanğınlarla əlaqədar olaraq indiyədək Adana, Osmaniye, Antalya, Mersin, Muğla, Balıkesir, İzmir və Karamanda 210 sığorta hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində təkcə istixanalara dəyən zərər 70 milyon TL civarındadır. Buna baxmayaraq Türkiyədə yanğın bölgəsindəki istixanaların 88%-i sığortalandığına görə, əksər istixana sahibi kompensasiya alacaq.
Bundan başqa, yanğınlar nəticəsində arı ailələri, xırda buynuzlu və iri buynuzlu heyvanlarla bağlı sığorta hadisələri qeydə alınıb. Hazırda TARSİM mütəxəssisləri fəlakət ərazilərində kəndləri gəzərək, təsərrüfatlara baxış keçirir və dəyən zərəri hesablayırlar.
Bu obyektlərin əksəriyyəti sığortalandığına görə, onlara ödəniş veriləcək. Yanğınlar zamanı zərər çəkən fermerlərin bir hissəsi təsərrüfatlarını sığortalamadığından onlara dəyən zərər komspensasiya edilməyəcək.
Aqrar Sığorta Fondu bildirir ki, iqlim dəyişiklikləri, insan faktoru və digər məxtəlif səbəblərdən son illər Azərbaycanda da yanğınların sayı və miqyası artmaqdadır.
Nəticədə təsərrüfatlara tamamilə gözlənilməz vaxtlarda və gözlənilməyən səbəblərdən zərər dəyə bilər: “Türkiyədə təsərrüfatını sığortalamayan sahibkarlar belə bir hadisənin baş verəcəyini gözləmirdilər, nəticədə böyük zərərə düşdülər. Bu hal bizim üçün də ibrət olmalıdır”.
Fond sahibkarları və şirkətləri dövlət dəstəyi ilə aqrar sığorta ilə təsərrüfatlarını və gəlirlərini sığortalamağa dəvət edir:
“Dövlət dəstəyi ilə aqrar sığorta elə əlverişli şərtlərlə təqdim edilir ki, fermerlər ciddi xərcə dşmədən, cüzi vəsait ödəməklə bütün bu risklərdən sığortalana bilərlər. Aqrar sığorta üçün xərclənən vəsait dəyən zərərlə müqayisəyəgəlməz dərəcədə kiçikdir. Fermerlərimiz bunu nəzərə almalıdırlar”.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. Aqrar sığorta vasitəsilə 14 növ bitki növü, südlük inəklər və balıqçılıq təsərrüfatları sığortalanır.
Aqrar sığota üzrə hesablanmış sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. 2021-ci ilin iyun ayından etibarən aqrar sığorta üzrə dəyən zərərlərə görə ödənişlərin verilməsinə başlanılıb.
Fermerlər aqrar sığorta haqlarını ASF-nin rəsmi internet səhifəsindəki bitkiçilik və heyvandarlıq kalkulyatorlarından istifadə etməklə hesablaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır























