Dayazsulu ərazidə ilk kəşfiyyat quyusunun qazılmasına başlandı - SOCAR VƏ BP MƏLUMAT YAYDI
SOCAR və bp tərəfindən avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin (SWAP) Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edilib.
SOCAR və bp-nin birgə məlumatına görə, quyunun qazılmasında istifadə olunan “Satti” özüqalxan üzən qazma qurğusu avqustun 9-da müvəffəqiyyətlə dənizə yola salınıb. Quyunun dərinliyinin 2 min 424 metr olması planlaşdırılır. Qazma işlərinin iki ay yarım davam edəcəyi gözlənilir. Quyu haqqında məlumatlar təhlil ediləcək, nəticələr uğurlu olarsa, onları təsdiqləmək üçün qiymətləndirilmə aparıla bilər.
Layihənin operatoru bp şirkətidir. Hasilatın pay bölgüsü sazişində bp və SOCAR hər biri 50% paya malikdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, BP-Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcəkdir.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib: “Biz Abşeron yarımadasının dayazsulu sahəsində qazma əməliyyatlarına başlamağımıza sevinirik. Dünyanın digər dayazsulu ərazilərində əməliyyatlar zamanı topladığımız təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə təhlükəsiz və davamlı qazma proqramını təmin etmək üçün böyük hazırlıq görülüb. SWAP ərazisində ilk kəşfiyyat quyusunun təhlükəsiz və effektiv şəkildə təhvil verilməsi üçün SOCAR ilə sıx əməkdaşlıq etməyi düşünürük.”
“Satti” özüqalxan qazma qurğusu Caspian Drilling Company (CDC) şirkəti tərəfindən idarə olunur. Qurğunun SWAP layihəsinə cəlb olunması haqqında sənəd 2021-ci ilin iyununda imzalanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























