"Hazırda olduqca çətin vəziyyətdəyik"
"Bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və ümumilikdə mülki aviasiyaya sarsıdıcı zərbə vurub. Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir".
Marja xəbər verir ki, bunu AZAL-ın prezidenti Cahangir Əsgərov "2020-ci il koronavirus pandemiyasına qarşı mübarizə, uçuşların dayandırılması ilə başlayıb. Ölkənin aeronaviqasiya sahəsinə COVID-19 nə dərəcədə ağır zərbə vurdu?" sualına cavabında bildirib.
AZAL-ın prezidenti qeyd edib ki, bununla əlaqədar aviadaşıyıcıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir: "Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım gəldiyini anlayırıq. Bu gün heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işimizdə həmrəy olmaq, biri-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacibdir.
Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq aeronaviqasiya mülki aviasiya uçuşlarını təmin etməkdə davam edir. Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb. Ölkə regional miqyasda aviasiya nəqliyyat-logistika mərkəzi kimi çıxış etməyə davam edir".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























