Lizinqə götürülən avtomobilin sığorta problemlərindən necə xilas olaq?
Son günlər öz aktuallığını artıran və daim sualların yaranmasına səbəb olan lizinq müqavilələri üzrə sığorta məsələlərinin düzgün tənzimlənməməsi müqavilə bağlanmasından hadisə zamanınadək, hətta hadisədən sonra da lizinq alanın böyük itkilərə məruz qalması ilə nəticələnə bilir. Bu araşdırmada biz lizinq və sığorta münasibətlərinin kəsişməsi zamanı itkilərdən necə qorunmaq olar deyə izah verməyə çalışacağıq.
1) Əvvəla qeyd edək ki, bu iki müqavilə üzrə başlıca lizinq predmeti nəqliyyat vasitəsi olduqda, daha çox diqqətli olma tələb edilir. Sığorta müqaviləsini bağlayan şəxs kim olmalıdır? Nəqliyyat vasitəsi hər zaman icbari sığortaya cəlb edilməli olduğu üçün lizinqə verilməmişdən əvvəl sığorta olunma mümkündür. Bu halda lizinq verən şirkət nəqliyyat vasitəsini sığortalayacağı üçün şirkətin sığortalatdığı nəqliyyat vasitələri lizinqə veriləndən sonra bir-birilə toqquşaraq hadisə törətdikdə, sığorta ödənişi ala bilməyəcək
2) Hadisə zamanı lizinqə avtomobil götürən - lizinq alan sığorta şirkəti ilə münasibətlərdə iştirak edə bilmir. Belə ki, əksər lizinq şirkətləri avtomobil lizinqə verildiyi üçün hər ay verilən lizinq ödənişini aldıqdan sonra 1 aylıq müddətə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə icazə verdiyi üçün lizinq alan sığorta şirkətində lizinq verənin adından çıxış edə bilmir. Bu halda da imza və hərəkət sərbəstliyi üçün lizinq alan lizinq şirkətindən yeni etibarnamə almaq zərurətinə düşür.
3) Dəymiş zərərin ödənilməməsi. Lizinq alan hadisə zamanı zərər çəkmiş şəxs sayılıbsa, sığorta şirkəti əmlaka dəymiş zərəri lizinq alanla deyil, lizinq verənlə, yəni lizinq şirkəti ilə razılaşdırmaq hüququna malik olduğuna görə dəymiş zərərin həcmi düzgün formalaşmır.
4) Sığorta şirkətinin ödəniş verməmək oyunu. Sığorta şirkəti zərəri razılaşdırmaqla ödəməli olduğu üçün lizinq şirkəti ilə razılaşdırdığı məbləği elə lizinq şirkətinə də ödəyir. Əksər hallarda lizinq şirkətləri müştəri ilə bağladığı müqavilədə sığorta şirkətindən ödəniş almaq hüququnu özündə saxlayır. Hadisə baş verdikdə lizinq şirkəti avtomobilə dəymiş zərərə görə sığorta şirkətindən ödənişi müştərinin xəbəri olmadan ala bildiyi üçün həmin məbləği borcdan silinmə kimi rəsmiləşdirir. Müştəri isə həm zədəli avtomobillə baş-başa qalır, həm də lizinqə müraciət edən şəxslərin bəzən taksi sürücüləri olmasını nəzərə alanda, gündəlik qazancından məhrum olur.
Yekunda qeyd edək ki, görünən problemlərlə üzləşməmək üçün peşəkarlar tərəfindən sığorta dəstəyi almaq məqsədəuyğundur.
Müəllif: Aqil Nuriyev, "İnsurance Consalting Service" MMC, Sigortadestek.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)
.jpg)












