Ruslar ən çox bu ölkələrdə istirahət etməyə üstünlük verirblər
"Rusiya Standard Bank"ının araşdırmasına görə, ruslar bu yay ən çox Soçi, Gelencik, Anapa və Tuapsedə dincəlməyi üstün tutublar.
Marja Bankın araşdırmasına istinadən xəbər verir ki, çimərlik turizmi səyahət edənlərin prioriteti olaraq qalır. Bu istiqamətdə lider olan Soçi ilə Qara dəniz sahillərinə üstünlük verilib. Rusiya "Standart Bank"ının analitikləri, bu yay Soçi şəhərində plastik kartlarla bir alışın orta məbləğinin 1437 rubl olduğunu hesablayıblar.
Bu yay ruslar arasında ikinci ən populyar istirahət növü şəhər turizmi olub. Pandemiya məhdudiyyətləri dövründə, Avropa şəhərlərinə turlar ölkənin mədəniyyət mərkəzlərinə səfərlərə dəyişdirilib. Bu kateqoriyada Sankt -Peterburq uzun illər mübahisəsiz liderdir. Bu yay Sankt -Peterburqda bir bank kartı ilə bir alış üçün ortalama hesab 1415 rubl təşkil edib. Kalininqrad populyarlıq baxımından ikinci yeri tutub.
Bundan əlavə, yayda ruslar müasir kurortlarda da istirahət edirlər. Özünəməxsus bərpa üsulları ilə Altaya sağlamlıq turları populyar olaraq qalır və Moskva bölgəsi də geri qalmır (məsələn, İstra, Puşkino və s.)
Bu yay xaricə getməyi üstün tutan ruslar ən çox Yunanıstan (burada bir alışın orta məbləği 23.736 rubl olub), Monteneqro (6.934 rubl) və Xorvatiyanı (11.583 rubl) seçiblər. Ekspertlər rusların bu ölkələrə marağını sahildə kirayə verilən çoxlu sayda pulsuz və ucuz mənzillərin olması ilə izah edirlər. Araşdırmada qeyd olunur ki, bir çox turistin Avropada yaşamaq icazəsi və ya vizası var.
Türkiyə istilərə və yanğınlara baxmayaraq, ən populyar turistik yerlərin ilk beşliyinə daxil olub. Burada kart ilə orta alış məbləği 7400 rubl olub. Növbəti yerlərdə İtaliya və Fransa gəlir. "Russian Standard"ın analitiklərinin hesablamalarına görə, bu yay İtaliyada bir alışı üçün orta hesab 42.978 rubl, Fransada 33.176 rubl təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























