Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər
(®️) İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən “Nar” abunəçiləri üçün “Qarabağ Dirçəliş Fondu”na balanslarından birbaşa ianə etmək imkanı yaradılıb.
Abunəçilər 1, 3, 5, 10, 20 və 50 AZN məbləğlərindən birini seçməklə ianə etmək istədikləri məbləğin müvafiq rəqəmini “8112” qısa nömrəsinə SMS göndərə bilərlər. SMS göndərildikdən dərhal sonra istifadəçiyə cavab olaraq ödənişin statusu ilə bağlı məlumat göndəriləcək.
Qeyd edək ki, balansdan yalnız ianə olunan məbləğ çıxılacaq və göndərilən hər SMS ödənişsizdir. Hər bir abunəçi bir neçə dəfə fərqli məbləğdə ianə edə bilər. Daha ətraflı məlumatı https://www.nar.az/qarabag-dirchelish-fonduna-destek/ rəsmi səhifəsindən əldə edə bilərsiniz.
“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)
Qeyd edək ki, “Qarabağ Dirçəliş Fonduna” digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: https://qdf.gov.az/iane-et/.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 9 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)









.jpg)







