“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir
“Başak İnam Sığorta” ASC-nin səhmlərinin 14%-nə nəzarət edən Türkiyənin "Groupama Sıgorta" şirkəti payını satmaq istəyir. Bu barədə sığorta bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, buna səbəb türk şirkətinin sahibi olan Fransanın “Groupama” şirkətinin Türkiyədəki sığorta biznesini satmaq istəməsidir. Son nəticədə fransızlar Azərbaycan bazarından da çıxmağa qərar veriblər.
Bununla belə, hələ ki, “Groupama Sigorta”nın “Başak İnam Sığorta”dakı payını almaq istəyən yoxdur. Hazırda Azərbaycan şirkətinin səhmdarlarının diqqəti daha çox digər səhmdara – ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə yönəlib.
Məsələ ondadır ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu isə o deməkdir ki, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.
Odur ki, “Başak İnam Sığorta”nın səhmdarları təcili olaraq şirkətin nizamnamə kapitalını artırmalı və “Zaminbank”ın yerini doldurmalıdır. Bu məsələ səhm sahiblərinin ötən gün keçirilmiş növbədənkənar ümumi yığıncağında müzakirə edilib. İclasın yekununda qəbul edilmiş qərarın gələn həftə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Müşahidə Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






