“Qırmızı ürəklər”in saytı təqdim edildi
(®️) “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondunun rəsmi İnternet saytı təqdim edildi. Artıq https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər. Bundan başqa sayt vasitəsilə fondun əməkdaşlarına müraciətlər ünvanlamaq mümkündür. Saytda şəffaflığı təmin etmək üçün statistik məlumatlar dərc olunur: toplanılan məbləğ, həyata keçirilən kampaniyaların sayı, ianə edən fiziki və hüquqi şəxslərin, yardım edilən insanların, həmçinin “Qırmızı ürəklər” könüllülərinin sayı və s.
Sayt təqdim olunarkən fond tərəfindən yeni yardım aksiyasına başlanıb. 4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü ərəfəsində “Pəncəli ürəklər” adlı aksiya çərçivəsində toplanılan ianələr şəhərin sahibsiz heyvanlarının qida və müalicə ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Əgər siz də bu xeyirxah təşəbbüsə vəsait ayıraraq töhfə vermək istəyirsinizsə, https://redhearts.az saytına daxil olub ianə edə bilərsiniz.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)











.jpg)






