Azərbaycanda da fəaliyyət göstərən şirkət Londonda səhmlərini satacaq - 400 MİLYON DOLLAR...
Rəqəmsal və kibertəhlükəsizlik sahəsində qabaqcıl həllər və xidmət təminatçısı olan Softline şirkəti, London Birjasının əsas ticarət meydançasında səhmlərinin ilkin kütləvi satışını (IPO) həyata keçirmək niyyətini açıqlayıb.
Marja xəbər verir ki, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.
İlkin təklifdən toplanan vəsaitin təxminən 400 milyon dollar olacağı və şirkətin inkişaf strategiyasının daha da inkişaf etdirilməsi və həyata keçirilməsinin maliyyələşdirilməsi üçün istifadə ediləcəyi gözlənilir.
Softline 1993-cü ildə İqor Borovikov tərəfindən təsis edilib. Şirkət müştərilərinin rəqəmsal inkişaflarına kömək edir, asanlaşdırır və sürətləndirir. Softline-ın 6 mindən çox işçisi və 150 mindən çox korporativ müştərisi var. Şirkət 50-dən çox ölkədə, o cümlədən Azərbaycanda da ( SoftLine Azərbaycan MMC) fəaliyyət göstərir.
Softline-ın 31 Mart 2021-ci il tarixində bitən maliyyə ilində dövriyyəsi 1,8 milyard ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
2 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















