“Ölkədəki şəffaflaşma bankımızın balansında artımla əks olunur”
2021-ci ilin ilk 6 ayının sonunda “PAŞA Bank” ASC-nin cəmi aktivləri 5 milyard 920 milyon 485 min manata çatıb ki, bu da ötən ilin sonu ilə müqayisədə 7,3% və ya 404 milyon 94 min manat çoxdur. Ötən ilin sonunda PAŞA Bankın cəmi aktivləri 5 milyard 516 milyon 391 min manat təşkil etmişdi.
Marja xəbər verir ki, bu barədə 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
Bəhruz Nağıyev aktivlərdəki artımı izah edərək deyib ki, aktivlərin artmasının əsas mənbəsi müştərilərdən cəlb edilən vəsaitlərin artması və bu vəsaitlərin aktivlərdə dəyəndirilməsidir:
“Bir neçə səbəb var. Təbii ki, əsas mənbə müştəri hesablarına cəlb edilən vəsaitlərdir ki, bunu da aktivlərdə dəyərləndirmişik. Müştəri hesablarındakı artımın səbəbi isə ölkədə aparılan şəffaflaşma siyasətidir. Ölkədəki şəffaflaşma siyasəti bizim balansda artımla əks olunur. Şəffaflaşma, şirkətlərin daha çox banklar ilə işləməyə maraq göstərmələri və dövriyyələrin artması ilə müştəri hesabları da artır. Biz korporativ bankıq və korporativ bank üçün önəmlidir ki, cari heablardakı vəsait artsın. Bu, dövriyyələrin olduğuna işarədir və bu da bizi sevindirir”.
Bəhruz Nağıyev əlavə edib ki, ilk 6 ayda müştərilərdən cəlb olunan vəsaitlər 14% və ya 540 milyon 104 min manat artaraq 4 milyard 506 milyon 393 min manata çatıb. Ötən ilin İyun ayının sonu ilə müqayisədə isə müştərilərdən cəlb olunan vəsaitlər 23,4% və ya 853 milyon 941 min manat artıb.
“Gələn vəsaitləri kredit portfelində dəyərləndirmişik. Cari ilin ilk 6 ayında kredit portfeli 4% və ya 95 milyon 925 min artaraq 2 milyard 259 milyon 340 min manata çatıb. Oktyabr ayına olan məlumata görə, PAŞA Bankın kredit portfeli 2,4 milyard manata yüksəlib”.
Həmçinin PAŞA Bank vəsaitləri qiymətli kağızlara investisiya yatırmaqla da dəyərləndirib. Ötən ilin sonu ilə müqayisədə Bankın qiymətli kağızlara investisiyaları 286 milyon 502 min manat və ya 18% artaraq 1 milyard 876 min 604 min manata çatıb. Ötən ilin ilk 6 ayının yekunu ilə müqayisədə isə qiymətli kağızlara investisiyalar 652 milyon 196 min manat və ya 53,2% artıb.
Həmçinin oxu
PAŞA Bank qrupunun xalis mənfəəti 76%-ə yaxın artıbMüştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
4 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























