Hesab.az-dan növbəti hədiyyə dolu kampaniya!
(®) Goldenpay/Hesab.az onlayn xidmətlər platforması Bakcell şirkəti ilə birgə istifadəçilərini qazandıran növbəti kampaniyaya start verib.
Qeyd edək ki, 15-30 Oktyabr tarixləri arasında davam edəcək kampaniyada Hesab.az-da Ulduzum kodu ilə ödəniş həyata keçirən istifadəçilər iştirak edə bilərlər. Kampaniya şərtlərinə əsasən, Bonus toplayan istifadəçilər bütün ödənişlər zamanı (sığorta ödənişləri istisna) 2-QAT Bonuslar və Ulduzum tərəfdaşlarından 2-QAT endirim qazanacaqlar. Hesab Koin toplayan istifadəçilər isə, Bakcell ödənişlərindən 2-QAT Koin və Ulduzum tərəfdaşlarından 2-QAT endirim əldə edəcəklər. Bildirmək istərdik ki, ödəniş məbləğində məhdudiyyətlər mövcud deyil və istifadəçilər hər ödəniş zamanı kampaniyadan yararlana bilərlər. Kampaniya haqqında daha ətraflı: https://hesab.az/#/ulduzum
Hesab.az və Bakcell şirkəti uzun illərdir ki, uğurlu əməkdaşlıq nəticəsində istifadəçilərinə özəl kampaniyalar təqdim edir. Siz də, sərfəli kampaniyada iştirak etməklə qazana və Hesab.az-da ödəniş etməyin üstünlüklərdən yararlanaraq həyatınızı rahatlaşdıra bilərsiniz.
Qeyd edək ki, Hesab Koin və Bonuslar “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan xüsusi loyallıq proqramı seçimləridir. Bütün istifadəçilər ödəniş müqabilində Hesab Koin və ya Bonus toplayır. Hesab Koinlər növbəti ödənişlər zamanı istifadə edilə və dəyərli hədiyyələrə dəyişdirilə, Bonuslar isə endirimlər və xüsusi təkliflərə dəyişdirilə bilir.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi yüzlərlə yerli və beynəlxalq tərəfdaşın satış və xidmət nöqtəsini özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
33 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
-
40 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Ən çox oxunanlar
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib





















