Azərbaycanda 1 ayda 300 ədəddən çox minik avtomobili istehsal edilib
2021-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycanda 1516 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox ( və ya 134 ədəd çox) minik avtomobili istehsal olunub.
2021-ci ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycand 1214 ədəd minik avtomobili istehsal edilmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% (və ya 44 ədəd az) çox idi. Beləliklə, sentyabrda Azərbaycanda 302 ədəd minik avtomobili istehsal edilib. Avqustda Azərbaycandakı müəssisələr tərəfindən 274 ədəd avtomobil buraxılmışdı.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.10.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 366 ədəd təşkil edib. 01.09.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 239 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-sentyabr aylarında Azərbaycanda 510 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. 01.10.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 57 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























