SOCAR qrant müsabiqələri elan edir
SOCAR-ın “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrinə dəstək məqsədi ilə qrant müsabiqələrini elan edir.
SOCAR-ın “Elm Fondu” tərəfindən AMEA-da neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2021-ci il üçün qrant müsabiqəsi elan olunub. “Elm Fondu”nun qrant müsabiqəsinin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.
SOCAR-ın “Elmi Tərəqqi Fondu” təbiət və texnika elmləri sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, Milli Aviasiya Akademiyasında (MAA) çalışan və ya MAA ilə əməkdaşlıq edən elmi tədqiqat və tədris müəssisələrində fəaliyyət göstərən alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2021-ci il üçün müsabiqə elan edib. Müsabiqənin şərtləri ilə bu keçiddən tanış ola bilərsiniz.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə neftvermə əmsalının sabit saxlanılması və artırılması istiqamətində həyata keçirilən elmi araşdırmaları yüksək qiymətləndirmiş və demişdir: “Uzun müddət istismar edilən yatqlarda neftvermə əmsalının 5-10 faiz artırılması yeni yataqların kəşf edilməsi qədər əhəmiyyətlidir. Bunun üçün müasir elmi nailiyyətlərin həm dənizdə, həm də quruda olan neft yataqlarına tətbiqi vacibdir. Fikrimcə, müasir texnologiyaların tətbiqi məqsədi ilə reallaşdırılan elmi araşdırmalar uzun müddət istismar edilmiş neft yataqlarının hələ uzun illər istismarına yardımçı ola bilər”.
SOCAR-la Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Milli Aviasiya Akademiyası (AMAA) arasında bağlanmış Memorandumlar əsasında müvafiq olaraq yaradılmış “SOCAR-ın Elm Fondu” və “SOCAR-ın Elmi Tərəqqi Fondu” ölkədə təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
-
28 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"





















